Akademik inkişaf, beynəlxalq imtahanlara hazırlıq və hədəfə yönəlmiş abituriyent hazırlığı mərkəzi. Gələcək uğurunuza bizimlə addım atın.
Victory Group 2018-ci ildən rəsmi fəaliyyət göstərən və Azərbaycanda xaricdə təhsil istiqamətində tanınan hazırlıq mərkəzlərindən biridir. Əsas məqsədimiz Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul almasına dəstək olmaqdır.
Komandamız SAT, IELTS, TOEFL, Duolingo, General English, GRE və GMAT kursları ilə yanaşı universitet və təqaüd müraciəti prosesində də tələbələrə yol göstərir. 2022-2025-ci illərdə 170+ fərqli təqaüd proqramı üzrə rekord nəticələr əldə edərək təhsil sahəsində lider mövqe formalaşdırmışıq.
Victory Colleges by Evrika tələbələrə beynəlxalq universitetlərə qəbul olmaq üçün müxtəlif akademik hazırlıq proqramları təqdim edir. Tədris proqramlarımız dünyanın aparıcı universitetlərinin qəbul tələblərinə uyğun şəkildə hazırlanıb.
Victory Colleges by Evrika tələbələrə beynəlxalq standartlara uyğun Foundation proqramı təqdim edir. Bu proqram vasitəsilə tələbələr xarici universitetlərə hazırlıq keçərək birbaşa bakalavr təhsilinə başlamaq imkanı əldə edirlər.
Foundation proqramının əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr xaricdə yüksək məbləğdə vəsait xərcləmədən hazırlıq mərhələsini Azərbaycanda tamamlaya və daha sonra universitet təhsilinə davam edə bilirlər.
Proqram beynəlxalq Level 3 kvalifikasiyası əsasında qurulur və tələbələrin akademik, dil və peşəkar bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Victory Colleges by Evrika sadəcə xaricdə təhsil xidməti təqdim edən bir mərkəz deyil. Məqsəd tələbələrin məktəb dövründən başlayaraq universitet qəbuluna və beynəlxalq təhsilə qədər bütün mərhələləri əhatə edən vahid təhsil ekosistemi yaratmaqdır.
Bu ekosistem daxilində tələbələr lisey təhsili, attestat proqramı, SAT hazırlığı, karyera planlaması, xaricdə universitet yerləşdirməsi və Foundation proqramlarını bir mərkəzdə əldə edə bilirlər. Beləliklə, tələbə bütün akademik inkişaf yolunu sistemli və ardıcıl şəkildə planlaşdıra bilir.