HƏR UŚAQDA BİR GƎLƎCƎK
GİZLİDİR

Biz o gələcəyi kəşf edir, inkişaf etdirir və uğura çeviririk!

Evrika Montessori Kids Academy
Erkən İnkişaf

Evrika Montessori
Kids Academy

Uşaqların təbii marağını, yaradıcılığını və müstəqilliyini inkişaf etdirən Montessori metodu əsasında fərdi yanaşma ilə erkən uşaqlıq təhsili.

Ətraflı
Evrika BETL Liseyi
Qlobal Təhsil

Evrika Beynəlxalq Elm və Texnologiya Liseyi

Cambridge proqramı, STEAM yönümlü tədris və laboratoriya əsaslı innovasiya mühiti ilə şagirdləri gələcəyə hazırlayan beynəlxalq akademik mərkəz.

Victory Colleges by Evrika
Akademik Dəstək

Victory Colleges by Evrika
Təhsil Mərkəzi

Xaricdə təhsil, universitetlərə hazırlıq, dil kursları və peşəkar akademik mentorluq ilə hər şagirdin potensialını açan hazırlıq mərkəzi.

Ətraflı
Zümrüd Womens Club
Sağlam Həyat

Zümrüd
Women Club

Evrika Active Life tərəfindən qadınlar üçün sağlam həyat tərzi, fitness, yoga və sosial inkişaf fəaliyyətlərini özündə birləşdirən premium idman mərkəzi.

Ətraflı
EVRİKA TƏHSİL EKOSİSTEMİ

Akademik istiqamətlərimiz

İxtisaslaşmış akademik istiqamətlər və fərdi inkişaf modeli ilə hər yaş dövrünə uyğun təhsil mühiti.

01
EVRIKA MONTESSORI KIDS ACADEMY

Evrika Montessori Kids Academy

Qafur Rəşad 16, Baku, Azerbaijan

02
EVRIKA BETL NERIMANOV

Evrika Beynəlxalq Elm və Texnologiya Liseyi (Nərimanov filialı)

68 Fəxrəddin Musayev, Baku, Azerbaijan

03
EVRIKA BETL GENCLIK

Evrika Beynəlxalq Elm və Texnologiya Liseyi (Gənclik filialı)

Yəhya Bakuvi küç. 42, Zümrüd Yaşayış Kompleksi

04
VICTORY COLLEGES

Victory Colleges by Evrika

Baləmi Dadaşov küçəsi, Zümrüd Residence Kompleksi

victory.college.az@gmail.com

05
ZUMRUD WOMEN CLUB

Zumrud Women Club by Evrika Active Life

Yəhya Bakuvi küç. 42, Zümrüd Yaşayış Kompleksi

Ümummilli Lider
Heydər Əliyev
"

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

Heydər Əliyev
Ümummilli Lider
Ümummilli Lider
Heydər Əliyev
"

“Hər bir xalqın tərəqqisi onun təhsil səviyyəsi ilə müəyyən olunur.”

Heydər Əliyev
Ümummilli Lider
Prezident
İlham Əliyev
"

Təhsil bizim gələcəyimizdir!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Birinci Vitse-Prezident
Mehriban Əliyeva
"

Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir.

Mehriban Əliyeva
Birinci Vitse-Prezident

Mükəmməlliyin Rəqəmlərlə İfadəsi.

0+
Evrika şagirdi
0+
Olimpiada qalibi
0+
Qızıl medal
0+
Qırmızı attestat
EVRİKA TƏHSİL EKOSİSTEMİ

DƏYƏRLƏRİMİZ

AKADEMİK GÜC

Güclü tədris proqramı və nəticə yönümlü yanaşma

XARAKTER

Dəyərlər, məsuliyyət və şəxsiyyət formalaşması

MİLLİ KİMLİK

Məsuliyyətli vətəndaşlıq və vətənpərvərlik.

İNNOVASİYA

Müasir texnologiyalar və yeni nəsil təhsil modeli

BEYNƏLXALQ DÜŞÜNCƏ

Multikultural dəyərlərə hörmət və qlobal baxış.

SOSİAL TƏŞƏBBÜSKARLIQ

Şəxsi inkişaf, liderlik və özünə inamın formalaşması

Missiyamız

Milli dəyərlərə sadiq, qlobal düşüncəyə malik, yenilikçi şəxsiyyətlər yetişdirməkdir!

Vizyonumuz

Gələcəyin yalnız liderlərini deyil, dünyanı dəyişdirə bilən, cəmiyyətə fayda verən şəxsiyyətlər formalaşdırmaqdır!

Məzunlarımız

Dünyaya Açılan
Uğur Yolumuz!

VALİDEYNLƏRİMİZ

Uşaqlarımızın Evrikada keçirdiyi hər gün onların gələcəyinə qoyulan ən böyük sərmayədir.

FOUNDER
Təsisçi Xudaqulu Rzayev

TƏSİSÇİNİN
MESAJI

Təsisçi Xudaqulu Rzayev
"Evrika Təhsil Ekosistemi” mənim üçün yalnız bir təhsil müəssisəsi deyil — vətənimə, millətimə və onun gələcək tərəqqisinə olan sevgimin təzahürüdür
Xudaqulu Rzayev
EVRİKA TƏHSİL EKOSİSTEMİNİN TƏSİSÇİSİ
Evrika
• EVRİKA • EKOSİSTEMİ •
BİZƏ QOŞULUN!

Müraciət Forması

RƏSMİ QEYDİYYAT

Evrika Liseyi

XƏBƏRLƏR

Evrika xaricdə təhsil imkanlarının genişləndirilməsi istiqamətində daha bir mühüm addım atdı
12 Avq
EVRİKA YENİLİK

Evrika xaricdə təhsil imkanlarının genişləndirilməsi istiqamətində daha bir mühüm addım atdı

Evrika Beynəlxalq Elm və Texnologiya Liseyi və Victory Colleges arasında xaricdə təhsil proqramları üzrə əməkdaşlığa start verilib. Bu əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək Victory Colleges by Evrika artıq Evrika Təhsil Ekosisteminin bir hissəsi olaraq beynəlxalq təhsil istiqamətində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi şagirdlərə xaricdə təhsil imkanları, universitet seçimi, qəbul prosesləri və gələcək akademik inkişaf yolları üzrə peşəkar dəstək göstərməkdir. Əməkdaşlığın açılış tədbirində liseyin direktoru, İdarə Heyətinin üzvləri, təhsil sahəsinin nümayəndələri və tanınmış simalar iştirak ediblər. Tədbir zamanı beynəlxalq təhsil sahəsində yeni imkanlar, gələcək əməkdaşlıq perspektivləri və şagirdlərin qlobal təhsil mühitinə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Yeni əməkdaşlıq şagirdlərə beynəlxalq təhsil imkanları haqqında məlumatlandırma, universitet seçimi üzrə məsləhət xidməti, qəbul proseslərinə hazırlıq və akademik inkişaf istiqamətində yeni perspektivlər təqdim edəcək. Evrika Təhsil Ekosistemi şagirdlərin qlobal uğurlara aparan yolunda onların inkişafına dəstək göstərməyə və beynəlxalq təhsil imkanlarını genişləndirməyə davam edir.

Montessori Uşaq Akademiyasında 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi
12 Avq
EVRİKA YENİLİK

Montessori Uşaq Akademiyasında 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi

Montessori Uşaq Akademiyasında 28 May – Respublika Gününə həsr olunmuş “Vətənin Gücü Atalardır” adlı xüsusi tədbir təşkil olunub. Tədbirdə akademiyanın balaca fidanları ilə yanaşı, onların ata və babaları da iştirak ediblər. Tədbirin əsas məqsədi ailə dəyərlərinin, vətənpərvərlik ruhunun və nəsillərarası bağlılığın uşaqlara aşılanması olub. Proqram çərçivəsində uşaqlar müxtəlif çıxışlar, şeirlər və təqdimatlarla qonaqlar qarşısında öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir boyunca sevgi, birlik və vətənə bağlılıq hissləri ön plana çıxıb. Ata və babaların övladları ilə birlikdə iştirak etdiyi tədbir iştirakçılara unudulmaz və emosional anlar yaşadıb. Uşaqların hazırladıqları çıxışlar qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Montessori Uşaq Akademiyası tərəfindən təşkil olunan bu tədbir ailə dəyərlərinin qorunması, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik hissinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Evrika Elm və Texnologiya Liseyi 2025–2026-cı tədris ilini mühüm uğurlarla başa vurub
12 Avq
EVRİKA YENİLİK

Evrika Elm və Texnologiya Liseyi 2025–2026-cı tədris ilini mühüm uğurlarla başa vurub

Evrika Elm və Texnologiya Liseyinin şagirdləri 2025–2026-cı tədris ilində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadaları, Respublika Fənn Müsabiqələri, eləcə də beynəlxalq yarışlarda uğurla çıxış edərək mühüm nəticələr əldə ediblər. Liseyin X sinif şagirdi Hüseyn Ələsgərli tarix fənni üzrə Respublika Fənn Olimpiadasında bürünc medal qazanaraq III yerə layiq görülüb. IX sinif şagirdi Ömər Rəhimov isə fizika fənni üzrə Respublika Fənn Olimpiadasının finalçısı olub. Respublika Fənn Müsabiqələrində də Evrika şagirdləri yüksək nəticələr göstəriblər. Naibə Babayeva kimya fənni üzrə bürünc medal qazanıb. VII sinif şagirdi Aylin Əsgərli fizika, VI sinif şagirdi Ləman Ocaqverdiyeva informatika, V sinif şagirdi İmaməli Əsgərov isə riyaziyyat-məntiq istiqaməti üzrə finalçı adını qazanıblar. Beynəlxalq arenada da liseyin şagirdləri ölkəmizi uğurla təmsil ediblər. VII sinif şagirdi İmran Abdullazadə Barselonada keçirilən beynəlxalq kodinq və riyaziyyat müsabiqəsində “Best of the Best” nominasiyası üzrə iki qızıl medal qazanaraq dünya üzrə III yerə layiq görülüb. Akademik göstəricilər üzrə də lisey yüksək nəticələr əldə edib. 2025–2026-cı tədris ilində IX siniflər üzrə 3 nəfər, XI siniflər üzrə isə 4 nəfər fərqlənmə (qırmızı) attestatı almaq hüququ qazanıb. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində Evrika şagirdləri İbrahim Məmmədov və Çingiz Məmmədov III yerə layiq görülüblər. Riyaziyyat sahəsində əldə olunan uğurlar arasında VI sinif şagirdi Nuran Pənahlının Respublika üzrə keçirilən Kopernik Riyaziyyat Olimpiadasında qazandığı qızıl medal da yer alır. STEAM və innovasiya istiqamətində isə Aylin Rzalı və Nəzrin Mustafayeva Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən SAF 2023 Festivalında VİDX kateqoriyası üzrə final mərhələsində II yerə layiq görülüblər. İdman sahəsində də lisey öz uğurlarını davam etdirib. Evrika Elm və Texnologiya Liseyi Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təşkil etdiyi Super Liqa mini-futbol turnirində 2023, 2024 və 2026-cı illərdə çempion olub. Qeyd edək ki, Evrika Təhsil Ekosistemi 15 illik akademik təcrübəyə malik olmaqla STEAM, texnologiya və beynəlxalq proqramlar əsasında fəaliyyət göstərir. Liseyin məzunları Azərbaycanın və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

Bütün Xəbərlər
ƏMƏKDAŞLIQLARIMIZ

Partnyorlarımız

Yüklənir...