Üzgüçülük suda sürətlə
hərəkət etməyə əsaslanan idman növüdür. Bir çox heyvanlar doğulan andan üzə
bilirlər, amma insan üzməyi təcrübəli təlimatçının köməyi ilə öyrənməlidir.
Üzgüçülər, bir qayda
olaraq, üzgüçülüyün dörd əsas növünün birindən istifadə edirlər: bross,
batterflyay, üzüyuxarı üzmə, kral. Üzgüçülük sağlamlıq üçün ən yaxşı fiziki məşğələdir,
çünki su orqanizmə çox yaxşı təsir göstərir. Bununla yanaşı üzgüçülüyün
immunitet sistemini gücləndirdiyi,qan dövranı sistemini, ürəyin fəaliyyətini
yaxşılaşdırdığı bildirilir.
Evrika liseyində şagirdlərimizin təhsillə yanaşı,
asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə, həftədə 2 dəfə 40 dəqiqədən
ibarət olmaqla üzgüçülük dərnəyi fəaliyyət göstərir.
Hovuzdaxili oğlanlar və qızlar üçün duş kabinləri,
dəyişmə otaqları, idman və trenajor alətləri mövcuddur.
Həftədə bir dəfə hovuzdaxili dezinfeksiya və
sanitar-gigiyenik təmizləmə işləri aparılır.