Liseyimizdə yay tətili də çox səmərəli keçir. Şagirdlər yay düşərgəsi və yay məktəbində əylənərək öyrənirlər. 

Yay düşərgəsi və yay məktəbi onların sağlam inkişafına,dostluq əlaqələri qurmasına,aktiv günlər keçirərək öyrənməsinə səbəb olur.

Yay düşərgəmizdə şagirdlər Azərbaycanın ən gözəl güşələrində,müəllim heyətinin nəzarəti altında, təbiətin qoynunda öyrənərək istirahət edirlər.

İngilis və rus dillərində danışıq klublarında zəka oyunları, master klasslar təşkil olunur,bir çox fənləri əyləncəli şəkildə öyrənirlər.

Şagirdlər üzgüçülük,tennis, voleybol, müxtəlif yarışmalar,rəqs, ətraf aləmlə tanışlıq kimi məşğuliyyətlər ilə yay tətilini unudulmaz günlərə çevirirlər. 

Eyni zamanda sağlam bəslənir,günəşdən faydalı şəkildə qidalanırlar. Hər bir şagird yay məktəbində mütləq şəkildə iştirak etməli və təcrübəni yaşamalıdır.