Liseyə işçi qəbulu prosesi dörd mərhələdən ibarətdir: CV qəbulu,test imtahan mərhələsi, praktik dərs, müsahibə.

CV qəbulu prosesi: CV lərə baxış keçirilir, müvafiq vakansiyalara uyğun görülən namizədlərə  növbəti mərhələ ilə bağlı məlumat göndərilir.

Test imtahanı: İlkin mərhələdən uğurla keçən namizədlərin test imtahanı təşkil olunur. MİQ imtahanımız müvafiq ixtisas və metodikanı əhatə edir. İmtahan nəticələri qısa müddət ərzində namizədlərə bildirilir. Növbəti mərhələyə keçən namizədlərə müvafiq məlumat göndərilir.

Praktik dərs : Bu mərhələyə keçən namizədlərin praktik bilikləri, İKT bacarıqlarının nümayişi mərhələsidir. Namizədlər dərslərini istədikləri mövzuda seçə bilərlər. Bu mərhələdə də uğurlu olan namizədlərə növbəti mərhələ ilə bağlı məlumat göndərilir.

Müsahibə: Bu mərhələdə də uğurlun olan namizədlərə qısa müddət ərzində müvafiq sənədləri İnsan Resursları üzrə mütəxəsisə təqdim etmələri haqqında məlumat verilir.