Liseyimizdə şagirdin təhsili ilə yanaşı, onun
sağlamlığı da önəmlidir. Valideyn övladını təhsil müəssisəsinə etibar edirsə və
uşaq günün çox hissəsini burada keçirirsə, lazımi şəraitin də yaradılması şərtdir.
"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
liseyimizdə şagirdlərə tibbi xidmət göstərilir.
"Ümumi təhsil müəssisələrində tibb xidməti Nazirlər Kabinetinin
2010-cu il 25 noyabr tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş
"Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və
Normaları”na əsasən həyata keçirilir. Belə ki, müvafiq qaydaya uyğun olaraq, liseyimizdə
müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin
edilib. Liseyimizə tibbi xidmət işi isə həkim tərəfindən yerinə yetirilir.
Evrika liseyi sadəcə təhsil verməklə kifayətlənməyib,
həm də şagirdlərin sağlamlığına cavabdehlik daşıyır. Bu işdə də əsas yük
liseyimizdəki tibbi xidmətin üzərinə düşür. Liseyimizdə həkimin işi başlıca
olaraq xəstəlik və xəsarətin qarşısını alınması, sağlamlıqla bağlı problemlərin
vaxtında aşkarlanması və onların aradan qaldırılmasından ibarətdir. Bundan
əlavə valideynlər tərəfindən peyvənd təqviminin yerinə yetirilməsinə nəzarət
edilir.
Tədris ili ərzində şagirlərin boy və çəkiləri
nəzarətdə saxlanılır və onlar mütəmadi olaraq sanitar-gigiyenik məsləhətlər
verilir.
Dərs müddətində şagird səhhəti ilə bağlı bir çox
problemlərdə üzləşə bilər. Ilkin tibbi yardım göstərmək məqsədilə liseyimizdə
tibbi kabinetlər ayrılmış, həmin kabinetlər zəruri avadanlıqlarla təmin edilmiş
və bu sahə üzrə ixtisaslı kadrlar - həkimlər fəaliyyət göstərirlər.
Tədris ili boyunca, gün ərzində şagirdlərin sağlamlığı
nəzarətdə saxlanılır, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərilir.
Bundan başqa, bütün şagirdlərin tibbi vərəqəsi liseydə olur. Şagirdin peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir. Gözlənilməz hal baş verərsə, şagird ən yaxın xəstəxanaya aparılır və valideynlər bu barədə məlumatlandırılır.