Cüdo idman növü 1882 -ci ildə Yaponiyada  yaranıb. Bu idman döyüş sənətinin təməlini Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü  Ciqaro Kano qoyub.

Cüdo - yapon sözüdür və Cü – yumşaq, elastik, Do – isə yol, prinsip anlamını verir. Ciqaro Kano Ciu-Cutsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını işləyib hazırlamışdır.

O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü üzrə keçirilən məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki inkişafına yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanon gənclərin fiziki və mənəvi tərbiyəsi haqqında ciddi şəkildə düşündürdü və o belə qənaətə gəldi ki, gənclər zədələnməyə səbəb olmayan idman növləri ilə məşğul olmalıdır. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə işləyərək, ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri ləğv etdi və bu yeni idman növünə "Cüdo" adı verdilər.

Cüdo dərnəyinə şagirdlər onların meyl və maraqlarına və fiziki cəhətdən uyğunluğu nəzərə alınaraq seçilir, dərslər həftədə 2 dəfə olmaqla  cüdo idman növü üzrə idman ustası Mariya Novruzova tərəfindən keçirilir. Mütəmadi olaraq həm liseydaxili, həm də Respublikada keçirilən cüdo yarışlarında şagirdlərimiz iştirak edirlər.