İsveçdə
yaranan idman növüdür.Aktyorluq, balet, musiqi və Pantomim ilə
birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak
edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən
bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var.
Bədii gimnastika
üzrə ilk dünya çempionatı 1963-cü
ildə Budapeştdə keçirilib. Bu idman növü Olimpiya oyunlarının proqramına 1984-cü ildə daxil edilib.
Məhz həmin ildən etibarən bədii gimnastlar Olimpiya Oyunlarında iştirak
edirlər.
Bədii gimnastika
bir idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb.
Fransız
fizioloqu və pedaqoqu Corc Deneni (1850-1917) qızların fiziki
tərbiyəsinin elmi əsaslandırılmasında görkəmli rol oynayıb. O, sübut edib ki,
dinamik təmrinlərin, əzələ dartılması və boşalması təmrinlərinin, rəqs
addımlarının, müxtəlif əşyalarla (top, halqa, toppuz, lent) tapşırıqların
yerinə yetirilməsi məqsədəmüvafiqdir. Çünki, bu təmrinlər elastiklik, çeviklik,
gözəl bədən quruluşu, cəzbediji və əsrarəngiz hərəkətlərin meydana gəlməsinə
imkan yaradır.
Digər fransız alim Cak Dalkros tərəfindən qaydaları daha da təkmilləşdirilən bədii gimnastika XX əsrin əvvələrində sürətlə inkişaf etməyə başlayıb. XX əsrin 50-ci illərində artıq bu idman növü bütün dünyada populyarlıq qazanmışdı.
Gimnastika dərnəyi həftədə 1 dəfə 40 dəqiqədən ibarət olmaqla keçirilir.