9-10-11-ci
sinif şagirdlərimiz üçün dərslər təmayülləşmə əsasında innovativ tədris
metodları ilə aparılır. Peşəkar və savadlı müəllim heyəti şagirdlərimizin
hərtərəfli inkişafına, seçdikləri istiqamət üzrə aktiv hazırlıq prosesinə
yaxından dəstək olur. Şagirdlərimiz Dövlət İmtahan Mərkəzinin qəbul proqramı
əsasında ixtisas blokları üzrə hazırlıqla yanaşı beynəlxalq imtahanlara
hazırlıq (SAT, IELTS, YÖS) proqramları ilə də təmin edilir. Hər ay keçirilən sınaq imtahanları
şagirdlərin bilik və bacarıqlarını, onların inkişaf dinamikasını müəyyən etməyə
kömək edir. Şagirdlərimizin universitet seçimləri və yerləşdirilməsinə tam
peşəkar dəstək verilir.