Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növüdür. Rəqsi insanı rahatlaşdıran, yüngülləşdirən və onu stresdən çıхaran ən yaхşı vasitələrdən biri də saymaq olar. Bu məqsədlə liseyimizdə rəqs dərnəyi (milli rəqs) fəaliyyət göstərir. Rəqs dərnəyi həftədə iki dəfə olmaqla Respublikanın əməkdar artisti Ceyhun Qubadov müəllim tərəfindən keçirilir. Tədris ili boyunca şagirdlərimiz öz rəngarəng rəqs nömrələri ilə liseyin tədbirlərində çıxış edirlər.