İnsanlar tərəfindən icad olunan oyunların içərisində
elə bir oyun var ki, həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. O,
yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu
tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Təbii ki, bu şahmat
oyunudur.
Evrika liseyində şahmat dərnəyi fəaliyyət göstərir. Dərnəyə xüsusi istedadı olan şagirdlər, peşəkar şahmat müəllimi tərəfindən yoxlama-məşq dərsi vasitəsi ilə seçilir. Şahmat dərsləri həftədə iki dəfə olmaqla 40 dəqiqə müddətində keçirilir. Tədris ili boyunca şahmat dərnəyinin üzvü olan şagirdlərimiz Respublikada keçirilən şahmat dərəcə yarışmalarında iştirak edirlər.