Akrobatika Gimnastikanın bir növüdür, Akrobatik Gimnastika isə qeyri olimpiya idman növüdür. Bu idman növü tarazlığı qorumaq, təkanla və ya təkansız bədənin fırlanması hərəkətlərini özündə birləşdirən kompleksli fiziki hərəkətləri ifadə edir. 

Akrobatik hərəkətlərin əsası özəlliyi – ustalıqla bədənin idarə edilməsi və əzələlərin yaxşı inkişafıdır. Bütün hərəkətlər musiqi müşaiyəti ilə ölçüsü 12x12 metr olan elastik gimnastika xalçasında yerinə yetirilir.Hərəkətlər statik vəziyyətdə dayanmaqla başlayır, xoreoqrafik kompozisiya ilə davam edir və yenə də statik vəziyyətdə duruşla yekunlaşır. Hərəkətlər 3 yerə ayrılır: balans, temp və qarışıq. Balans hərəkətləri gimnastın gücünü, balansını, elastikliyini və cəldliyini göstərməlidir. Dinamik hərəkətlər özündə tullanma, itələmə və tutma hərəkətlərini . Qarışıq hərəkətlər həm balans həm də dinamik hərəkətlərin birləşməsini təşkil edir.

Evrika liseyində şagirdlərimizə təhsillə yanaşı, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə, həftədə 1 dəfə 40 dəqiqədən ibarət olmaqla  akrobatika dərnəyi fəaliyyət göstərir.