9-10-11-ci sinif şagirdlərimiz üçün dərslər təmayülləşmə əsasında innovativ tədris metodları ilə aparılır. Peşəkar və savadlı müəllim heyəti şagirdlərimizin hərtərəfli inkişafına, seçdikləri istiqamət üzrə aktiv hazırlıq prosesinə yaxından dəstək olur. Şagirdlərimiz Dövlət İmtahan Mərkəzinin qəbul proqramı əsasında ixtisas blokları üzrə hazırlıqla yanaşı beynəlxalq imtahanlara hazırlıq (SAT, IELTS, YÖS) proqramları ilə də təmin edilir.  Hər ay keçirilən sınaq imtahanları şagirdlərin bilik və bacarıqlarını, onların inkişaf dinamikasını müəyyən etməyə kömək edir. Şagirdlərimizin universitet seçimləri və yerləşdirilməsinə tam peşəkar dəstək verilir.