Məktəbə qədər

Məktəbəqədər təhsil ilkin pillədir.Dəyər anlayışının formalaşmasıdır. Yaşadığın dünyanı dərk edə bilməyin ən önəmli başlanğıcıdır,təhsildə doğru istiqaməti göstərən yoldur..

Məktəbədər təhsil toxumdur, ona doğru və diqqətli yanaşma kökləri sağlam təhsil,faydalı insan deməkdir.

Eyni zamanda hər bir şagirdin fərdi inkişaf mərhələsidir.

Liseyimizdə təşkil olunmuş məktəbəqədər hazırlıq qruplarına həmin ildə 5 yaşı tamam olmuş şagirdlər qəbul edilir. Tədris 3 dildə aparılır: Azərbaycan, rus, ingilis. Dərslər 10-15 nəfərlik qruplarda, həftənin 5 günü keçirilir.

Əsas məqsədimiz şagirdlərdə ilkin savad, nitq qabiliyyəti, riyazi biliklər, ətraf aləmlə tanışlıq, xarici dillərdə sadə ünsiyyət bacarıqları, əl motorikası, sosial bacarıqları və s. inkişaf etdirməkdir.