Rəssamlıq – təsviri incəsənətin ən qədim növlərindən biridir. Uşaqların bədii-estetik tərbiyəsinin formalaşdırılmasında rəsm dərnəyinin rolu böyükdür. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır.
Şagirdlər meyil və maraqlar nəzərə alınaraq rəsm dərnəyində iştirak edirlər. Tədris ili ərzində əlamətdar günlərlə bağlı şagirdlərin rəsm sərgiləri təşkil olunur. Respublikada keçirilən rəsm müsabiqələrində şagirdlər fəal iştirak edirlər.
