

Liseyimizdə şagirdin təhsili ilə yanaşı, onun sağlamlığı da önəmlidir. Valideyn övladını təhsil müəssisəsinə etibar edirsə və uşaq günün çox hissəsini burada keçirirsə, lazımi şəraitin də yaradılması şərtdir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, liseyimizdə şagirdlərə tibbi xidmət göstərilir.
“Ümumi təhsil müəssisələrində tibb xidməti Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir. Belə ki, müvafiq qaydaya uyğun olaraq, liseyimizdə müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin edilib. Liseyimizə tibbi xidmət işi isə həkim tərəfindən yerinə yetirilir.
Evrika liseyi sadəcə təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdehlik daşıyır. Bu işdə də əsas yük liseyimizdəki tibbi xidmətin üzərinə düşür. Liseyimizdə həkimin işi başlıca olaraq xəstəlik və xəsarətin qarşısını alınması, sağlamlıqla bağlı problemlərin vaxtında aşkarlanması və onların aradan qaldırılmasından ibarətdir. Bundan əlavə valideynlər tərəfindən peyvənd təqviminin yerinə yetirilməsinə nəzarət edilir.
Tədris ili ərzində şagirlərin boy və çəkiləri nəzarətdə saxlanılır və onlar mütəmadi olaraq sanitar-gigiyenik məsləhətlər verilir.
Dərs müddətində şagird səhhəti ilə bağlı bir çox problemlərdə üzləşə bilər. Ilkin tibbi yardım göstərmək məqsədilə liseyimizdə tibbi kabinetlər ayrılmış, həmin kabinetlər zəruri avadanlıqlarla təmin edilmiş və bu sahə üzrə ixtisaslı kadrlar – həkimlər fəaliyyət göstərirlər.
Tədris ili boyunca, gün ərzində şagirdlərin sağlamlığı nəzarətdə saxlanılır, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərilir.
Bundan başqa, bütün şagirdlərin tibbi vərəqəsi liseydə olur. Şagirdin peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir. Gözlənilməz hal baş verərsə, şagird ən yaxın xəstəxanaya aparılır və valideynlər bu barədə məlumatlandırılır.