Qidalanma böyüyən nəslin sağlamlığını müəyyən edən əsas faktorlardan biri hesab olunur. Tamdəyərli və balanslaşdırılmış qidalanma xəstəliklərin profilaktikasına, uşaqlarda və yeniyetmələrdə fiziki və zehni inkişafın, əmək qabiliyyətinin və məktəb nailiyyətlərinin artmasına təsir edir, müasir həyata uyğunlaşmaqda onlara şərait yaradır.Valideynlər uşağın düzgün qidalanmasına cavabdehdirlər, övladının sağlamlığı və fiziki inkişafında məsuliyyət də məhz onların öhdəsinə düşür.Valideynlərə bilmək faydalı olardı ki, uşağın “çətin” xarakteri çox vaxt qeyri-rasional qidalanmanın nəticəsidir. Çünki düzgün qidalanma zehni qabiliyyəti yaxşılaşdırır, uşaqlarda yaddaşı inkişaf etdirir və bununla da təhsil prosesini yüngülləşdirir.
Gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması lisey olaraq qarşımızda duran ən vacib məsələlərdəndir. Sağlam qidalanma elə sağlam gələcəyin təməlidir. Əsas məqsədimiz gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunmasıdır. Yeməklərimiz ekoloji sağlam və gündəlik yenilənmiş qidadan hazırlanır. Şagirdlərimiz gün boyu liseyimizin müasir tələblərə uyğun yeməkxanasında iki dəfə – səhər yeməyi və naharla təmin olunurlar.