Evrika Liseyinin Təsisçisi

Rzayev Xudaqulu Əhət oğlu

“Təhsil yaxşı düşüncə, mədəniyyət,uğurlu gələcək, dövlətinə və xalqına müvəffəqiyyətli xidmətdir!

Rzayev Xudaqulu Əhət oğlu 1962-ci ildə Ordubad rayonunun Behrud kəndində müəllim ailəsində dünyaya göz açıb.İki ali təhsil: Leninqrad Texniki Universitetini və Bakı Dövlət Universitetini bitirib.1996-cı ildə“Minera”MMC müəssisəsini təsis edib. 25 ildir biznes sahəsində müvəffəqiyyətli fəaliyyət göstərir. 2011-ci ildə təhsil sahəsində təsis etdiyi “Evrika” liseyinin bu il 10 yaşı tamam olur.

Evrika Liseyinin Direktoru

Muradova Ofeliya Vaqif qızı

 “Pedaqoq – yeni nəslə əsrlər boyu yığılmış dəyərləri ötürəndir.”

Filologiya üzrə Fəlsəfə Doktoru Ofeliya Vaqif qızı Muradova 2011-ci ildən Evrika liseyinin direktoru vəzifəsində yüksək peşəkarlıqla fəaliyyət göstərir. Pedaqoji fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmiş, 2018-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Ofeliya Muradova təlim-tərbiyə işlərində hərtərəfli yükşəlişin daim qayğısına qalır, cəmiyyətin tələbinə uyğun düzgün tərbiyə almış, azərbaycanlı mənliyini qoruyan şəxsiyyət yetişdirilməsi devizini rəhbər tutur.

 

Azerbaijani AZ English EN Russian RU