Evrika liseyində texnologiya sahəsində ilk festival olan Evrika STEAM Festivalı keçirilmişdir.🎉
Festival 20-21 aprel tarixlərində Evrika liseyində baş tutmuşdur. Festivalda 17 komanda iştirak etdib. Yüksək bal toplayan ilk 3 komanda seçilib və 1 komanda Özəl münsif mükafatına layiq görülüb:
I yeri Lucky winners komandasının üzvləri Aylin Əsgərli və İmran Abdullazadə
II yeri Кебаб komandasının üzvü Emin Əliyev
III yer-Triple Fury komandasının üzvləri Aylin Gözəl, Ziya Rəhimov, Sevda Məmmədova
“Special awards” mükafatı-Space and Galaxy komandasının üzvü Ləman Mirzəyeva
Bütün iştirakçılar iştirakçı sertifikatı, qaliblər müvafiq sertifikat və dəyərli hədiyyələr ilə təltif olunublar.