Evrika liseyi, Network Klubunun şagirdləri “İstedadlı Məktəbli festivalında istedad və bacarıqlarını təqdim etdilər. Musiqi bacarıqlarını, əl işlərini, rəsm nümunələrini satışa təqdim edərək gəlir əldə etdilər. Əldə olunan gəliri Unisef Azerbaijan Fonduna, SMA xəstəsi Rəsmiyyə Kazımovanın müalicəsinə ianə etdilər. Festivalda European Azerbaijan School , Atatürk liseyi, Hədəf liseyi, Ekologiya liseyi, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası, Dəniz Uşaq Baxçası, Nərimanov rayonu İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişdir.